(CGİAR) – Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Məşləhət Qrupu. Consultative Group on International Agricultural Research. www.cgiar.org
 
CGİAR  Dünya Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD), BMT-nin İnkişaf Proqramı və bir sıra inkişaf etmiş donor ölkələr tərəfindən maliyyələşən bir beynəlxalq qurumdur.
CGİAR dünya səviyyəsində kənd təsərrüfatı sahəsində 15 beynəlxalq mərkəzi maliyyələşdirir.
CGİAR-ın məqsədi kənd təsərrüfatı sahəsində aparılan tədqiqatları g?cləndirməklə, yeni texnologiyaların işlənib hazırlanması, daha məhsuldar bitki sortları və heyvan cinsləri yaradılması yolu ilə  kənd təsərrüfatı istehsalını artırmaq və dünya səviyyəsində ərzaq təhlükəsizliyinə nail olmaqdır.
 
Azərbaycanın da qatıldığı “Mərkəzi Asiya və Cənubi Qafqazda Kənd Təsərrüfatının Davamlı İnkişafı üzrə Əməkdaşlıq Proqramı” CGİAR tərəfindən maliyyələşdirilir.