Baş səhifə » 2019 » İyul » 27 » Azərbaycanda çayçılığın və sitrusçuluğun inkişaf potensialı mövzusunda seminar keçirilmişdir
18:34
Azərbaycanda çayçılığın və sitrusçuluğun inkişaf potensialı mövzusunda seminar keçirilmişdir

İyulun 27-də Lənkəran Regional Aqrar Elm və İnnovasiya (Lənkəran RAEİM) mərkəzində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (MÇETİ), Lənkəran Çay Filialı və Lənkəran Regional Aqrar Elm və İnnovasiya mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycanda çayçılığın və sitrusçuluğun inkişaf potensialı" mövzusunda seminar keçirilmişdir. Tədbirdə Lənkəran RAEİM-nin direktoru Təyyub Rzayev, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov çıxış edərək Aqrar sahənin elmi təminatının dahada yaxşılaşdırılması istiqamətində aparılan işlər, ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2018-2027-ci illər ərzində çayçılığın inkişafı üzrə imzalanmış sərəncam barədə ətraflı məlumat veriblər. 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatının nümayəndələri Dmitriy Prikhodko və Aleksandra Sokolova çıxış edərək ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələri üzrə elmi araşdırmaların və işlərin həyata keçirilməsi və təşkilində göstərilən yardımdan söz açıblar. 
Sonra MÇETİ-nin direktor müavini Vahid Əliyev "Azərbaycanda çayçılığın mövcud vəziyyəti", doktorantı Cahani Nüsrətzadə "Çay plantasiyalarının salınması texnologiyası", Lənkəran çay filialının aparıcı elmi işçisi Fərman Abdullayev "Modern çay tinglərinin yetişdirmə texnologiyası" və laboratoriya müdiri Faiq Əliyev  "Çay və sitrus bitkilərinin əsas zərərvericiləri və xəstəlikləri" mövzülarında məruzələrlə çıxış edərək seminar iştirakçılarının suallarını cavablandırıblar.
Tədbirdə çayçılığın və sitrusçuluğun inkişafında yaranan problemlər və onların həlli müzakirə edilib.

  

  

  

 


 

Категория: XƏBƏRLƏR | Просмотров: 367 | Добавил: lraeimm
Şərhlər: 0