Baş səhifə » 2020 » Mart » 9 » “Pomidor, xiyar, badımcan əkinlərinin keçirilməsində innovativ texnologiyaların tətbiqi” mövzusuna dair seminar
15:59
“Pomidor, xiyar, badımcan əkinlərinin keçirilməsində innovativ texnologiyaların tətbiqi” mövzusuna dair seminar

Martın 6-da Lənkəran rayonu Kənarmeşə kəndində yerləşən Əliyev Səxavətin tərəvəz sahəsində “Pomidor, xiyar, badımcan əkinlərinin keçirilməsində innovativ texnologiyaların tətbiqi ” Mövzusuna dair tarlada Elmi praktiki seminar keçirilmişdir. Seminarda Lənkəran rayonunun tərəvəzçiliklə məşqul olan 10 nəfər fermer bundan əlavə 15 nəfər fiziki şəxslər iştirak edirdi. Cəm iştirakçıların sayı 25 nəfər idi. Əslində seminarın həmin sahədə keçirilməsini həmin fermer özü xahiş etmişdir.Fermerin sahəsində kələm, pomidor, xiyar, soğan, badımcan şitilləri ilə yanaşı cəfəri, keşniş, yerkökü, çuğundur bitkiləridə əkilir. Fermerin öhdəsində 7 hektar torpaq sahəsi var və həmin torpaq sahəsində il boyu tərəvəz məhsulu yetişdirir. Sahənin 4 hektarında müxtəlif meyvə ağaclarından ibarət bağ sahəsi vardır.Seminarda əvvəlcə fermer Səxavət Əliyev danışdı və qeyd etdi ki, 10 ildən çoxdur ki, bu sahə ilə məşquldur ixtisası mexanizatordur bazar sarıdan problemi yoxdur. Yetişdirdiyi məhsulu sahədən gəlir götürürlər. Bu sahə ilə 10 nəfər işçini və özumu dolandırıram. Əsas çətinliyim ayrı-ayrı bitkilərin əkin və səpin müddətlərini düzgün təyin edə bilməməyim və gübrələlərin verilmə vaxtını və dozasını bilməməyimdir ki, buda məhsuldarlığa çox ciddi təsir göstərir. Fermerin çıxışından sonra Mərkəzin direktoru təlimçi Təyyub Rzayev müxtəlif növ tərəvəz bitkilərinin becərmə texnologiyaları haqqında, əkin və səpin müddətləri barədə habelə tərəvəz əkinlərində istifadə olunan innovativ texnologiyalar barədə fermerlərə ətraflı məlumat verildi. Mərkəzin mütəxəssisi baş aqronom Humra Əsgərova tərəvəz bitkilərinin xəstəlik və ziyanvericiləri və onlara qarşı mübarizə tədbirləri və təhlükəsizlik tədbirləri haqqında seminar iştirakçılarına ətraflı məlumat verdi. Çay fasiləsi zamanı fermerləri maraqlandıran suallara ətraflı cavablar verildi.

  

  

  

Категория: XƏBƏRLƏR | Просмотров: 277 | Добавил: lraeimm
Şərhlər: 0