REGİONAL AQRAR ELM VƏ İNFORMASIYA MƏSLƏHƏT MƏRKƏZİNİN

ƏSASNAMƏSİ

(Nümunə)

1.ÜMUMİ MÜDDƏALAR

1. Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il tarixli 190 saylı qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 3 mart 2000-ci il tarixli 36 saylı əmri ilə yaradılmış və Nazirlər Kabinetinin 109 nömrəli 17 aprel 2015-ci il tarixli qərarına əsasən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılmış (bundan sonra AEİMM) struktur tərkibində büdcədən maliyyələşən və qismən təsərrüfat hesabı ilə işləyən müəssisəsidir.

2. Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi (bundan sonra RAEİMM adlanacaq) bölgədə elmi nailiyyətlərin tətbiqi, yayımı və informasiya məsləhət xidməti mərkəzi olmaqla AEİMM-in tərkibində fəaliyyət göstərir.

3. RAEİMM hüquqi şəxsdir, sərbəst balansı, banklarda hesablaşma hesabları vardır.

4. RAEİMM-in aparatı rəhbərlikdən və kənd təsərrüfatının əsas sahələri üzrə mütəxəssislərdən ibarətdir.

5. RAEİMM öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, normativ hüquqi aktları, Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra Nazirlik) əmrlərini, qərarlarını, AEİMM-in əmrlərini, Nizamnaməsini və bu Əsasnaməni rəhbər tutur.

6. RAEİMM üzərində Nazirliyin, AEİMM-in və öz adı olan möhürə, digər müvafiq ştamp və blanklara malikdir.

7. RAEİMM-in hüquqi ünvanı...

Ünvanı: Lənkəran rayonu Şürük kəndi.

Hesab nömrəsi: AZ 41NABZ01360100000000003944

VOEN-№ 2600129651

Tel: 0252592073

 

II. RAEİMM-in MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1. RAEİMM-in fəaliyyətinin əsas məqsədi: yerləşdiyi regionda (əhatə dairəsinə daxil olan rayonlarda) rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının dayanıqlı artımına nail olmaq üçün aqrar sahənin elmi təminatının inkişafına xidmət göstərməkdir.

2.2. RAEİMM-in əsas vəzifələri aşağıdakılardır:

- regionda kənd təsərrüfatının inkişafına mane olan mövcud problemləri

müəyyənləşdirmək və AEİMM-nə müvafiq hesabat təqdim etmək;

- AEİMM tərəfindən təsdiq edilmiş proqramlar əsasında tətbiqi təcrübələr qoyulmasını təşkil etmək;

-regionun torpaq-iqlim şəraitinə uyğun yeni yüksək məhsuldar kənd təsərrüfatı bitki sortlarının toxumlarının, damazlıq və ting materiallarının seçilməsinə, bölgə üzrə tələbatın öyrənilməsinə, sınaqdan keçirilməsinə şərait yaratmaq, keyfiyyət göstəriciləri haqda sənədləşdirmə aparmaq;

-regionda tədqiqata tələbatı müəyyənləşdirmək,elmi nəticələrin təbliğinə və tədqiqinə dair məlumatları AEİMM -ə ötürmək;

-dünya elminin nailiyyətləri və qabaqcıl təcrübələri haqqında elmi müəssisələrin müəyyənləşdirdikləri üsul və təklifləri sınaqdan keçirmək, təbliğ və tətbiq etmək, alınmış nəticələr haqında təhlili hesabatlar hazırlamaq,

-regionda yeni bitki sort və növlərinin sərgi əkinlərinə, heyvan cinslərinə, yeni kənd təsərrüfatı texnikasına baxış keçirilməsini təşkil etmək;

-fermer təsərrüfatlarında nümunəvi əkin sahələrinin və heyvandarlıq fermalarının yaradılmasına elmi-metodiki kömək göstərmək və müvafiq layihələrin həyata keçirilməsində iştirak etmək;

-aqrar sahədə fəaliyyət göstərən fermer və mütəxəssislərin peşəyönümlü ixtisaslarının artırılması üzrə kurslar təşkil etmək, fermerlərə elmin son nailiyyətlərini təbliğ etmək və müvafiq tövsiyələr hazırlamaq.

III. RAEİMM-in funksiyaları.

3.1. RAEİMM bu əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

- əhatə dairəsinə daxil olan rayonlarda kənd təsərrüfatının əsas sahələri üzrə araşdırma aparır və mövcud vəziyyətə dair hesabat hazırlayır;

- xidmət etdiyi region üzrə mövcud kənd təsərrüfatı subyektlərinin siyahısını, onların malik olduqları istehsal vasitələri, işçi qüvvəsi və s. məsələlərə dair məlumatları toplayır;

- regionda toxumçuluq, tingçilik və damazlıq işinin elmi əsaslarla inkişaf etdirilməsi istiqamətində təsərrüfat qurumlarına məsləhət xidməti göstərir;

- elmi nailiyyətlərin tətbiqi ilə əlaqədar AEİMM tərəfindən təsdiq edilmiş proqramlar əsasında nümayiş-sərgi əkinlərinin qoyulmasını və onların vegetasiya müddətində aqrotexniki qaydalara uyğun becərilməsini təmin edir;

- AEİMM tərəfindən təsdiq olunmuş plana əsasən elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqinə dair seminar- müşavirələr keçirir;

- bölgə fermerlərinin maarifləndirilməsi üçün qısa müddətli kurslar təşkil edir;

- RAEİMM-in nümayiş-sərgi əkini sahələrində və qabaqcıl təsərrüfatlarda tarla günləri keçirir, fərdi söhbətlər aparır, müvafiq təklif və tövsiyələr verir;

- fermer təsərrüfatlarında nümunəvi əkin sahələrinin və heyvandarlıq fermalarının yaradılmasına elmi-metodiki köməklik göstərir, müvafiq layihələrin həyata keçirilməsində iştirak edir;

- informasiya-məsləhət xidməti sahəsində beynəlxalq təcrübəni öyrənir, təhlil edir və tətbiqinə dair təkliflər verir;

- regionda tədqiqata tələbatı müəyyənləşdirir və bununla bağlı məlumatı AEİMM-nə ötürür;

- ali və orta ixtisas müəssisələri tələbələrinin istehsalat təcrübələrinin keçmələri üçün şərait yaradır;

-AEİMM ilə maliyyə işini, təsərrüfat hesabını qurur, dövriyyə vəsaitinin qorunub saxlanılması, məqsədli və səmərəli istifadəsi, dövlət büdcəsi və bank krediləri ilə əlaqədar vaxtında haqq-hesab aparılmasını təmin edir;

-Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun investisiya, qiymət, kredit, vergi sahəsində dövlət himayəsindən istifadə olunmasını həyata keçirir;

-mövcud qanunlara uyğun olaraq maliyyə-mühasibat hesabatları barədə icmal hesabatlarını hazırlayıb AEİMM -ə təqdim edir;

- öz büdcəsi daxilində əmək haqqına əlavə, yardım, mükafat və digər ayırmalar həyata keçirir;

- qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir;

 

 

IV. RAEİMM-in HÜQUQLARI

1. RAEİMM öz vəzifələrini həyata keçirərkən qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıdakı hüquqlara malikdir:

- regionun aqrar siyasətinin formalaşdırılmasında iştirak etmək;

- istehsal-təcrübə sisteminin təkmilləşdirilməsi və genişləndirilməsi məqsədilə səmərəli təkliflər vermək;

- təsərrüfat fəaliyyəti sahəsində istehsal etdiyi məhsulun satışından və digər xidmət növünün həyata keçirilməsindən əldə olunan gəlirə qüvvədə olan təlimat əsasında sərəncam vermək;

- işçilərin və mütəxəssislərin attestasiyalarını keçirmək;

- qüvvədə olan qanunvericiliyə müvafiq olaraq təsərrüfat fəaliyyəti səmərəliliyinin artırılması məqsdəilə nağd və köçürmə yolu ilə avadanlıq, xammal, texniki vasitə və ehtiyat hissələri almaq;

- sərəncamda qalan mənfəətdən ayırmalar hesabına fondlar yaratmaq;

- yuxarı təşkilatların razılığı ilə struktur dəyişiklikləri etmək;

- beynəlxalq təşkilatlarla və fondlarla əməkdaşlıq etmək, nümunəvi layihə və proqramları həyata keçirmək;

- qanunvericilikdə qadağan olunmayan digər hüquqları həyata keçirmək;

 

V. RAEİMM-in ƏMLAKI VƏ VƏSAİTİ

  1. RAEİMM - in əmlakı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən onun balansına verilmiş əsas və dövriyyə vəsaitindən ibarətdir.
  2. RAEİMM - in Nizamnamə fondu .... min manat dəyərində olan əmlak təşkil edir.
  3. RAEİMM - in maliyyə vəsaiti dövlət büdcəsindən, müqavilə əsasında apaılan işlərdən və digər mənbələrdən əldə edilmiş vəsaitlərdən ibarətdir.
  4. RAEİMM öz əmlakı üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada sahiblik, istifadə və sərəncam vermək hüququna malikdir və dövlət vəsaitinin qorunub saxlanmasını, məqsədli və səmərəli istifadə edilməsini təmin edir.
  5.  

VI. RAEİMM-in İDARƏ OLUNMASI

  1. RAEİMM və onun işinin təşkilinə AEİMM baş direktorunun təqdimatı əsasında Azərbaycan Respublikası kənd təsərrüfatı naziri tərəfindən vəzifəyə təyin və azad edilən direktor rəhbərlik edir. Direktor öz fəaliyyyətində tabe olduğu təşkilatın göstəriş və tapşırıqlarının yerinə yetirilməsini təşkil edir, görülmüş işin nəticəsinə görə AEİMM qarşısında hesabat verməklə məsuliyyət daşıyır.
  2. RAEİMM-in direktoru istehsalat-təcrübə tədbirləri planı işləyib hazırlayır, müəssisənin adından vəkalətsiz çıxış edir, qanunvericiliyə uyğun olaraq, müqavilələr bağlayır, vəkalətnamələr verir, mütəxəssisləri və texniki işçiləri işə qəbul və azad edir, işçilərin attestasiyasının keçirilməsini təşkil edir, bankda hesablaşma hesabı açır, öz səlahiyyət dairəsində əmrlər verir, illik hesabatları yekunlaşdırır və AEİMM qarşısında hesabat verir.
  3. RAEİMM - in təcrübə-istehsalat proqramının həyata keçirilməsinə, kadrların yerləşdirilməsinə, maliyyə və təsərrüfat fəaliyyətinə nəzarət AEİMM tərəfindən aparılır.
  4. RAEİMM - in elmi texniki şurası direktor tərəfindən yaradılır, kollegial orqandır və fəaliyyət proqramlarını, aparılan tətbiq və yayım işlərinə dair hesabatları qəbul edir.