Rzayev Təyyub Əyyub oğlu


08 iyun 1947-ci ildə Lənkəran rayonunun Bala Şürük kəndində anadan olub.
1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun aqronomluq fakültəsini bitirib.
1970-ci ilin may ayında Lənkəran rayonu murdov-1 sovxozunda entomoluq vəzifəsində işləyib.
1971- 1972-ci illərdə hərbi xidmətdə olub.
1972-ci ilin ilin iyul-sentyabr aylarında Lənkəran rayonunun murdov-1 tərəvəzçilik sovxozunda entomoluq vəzifəsində işləyib.
1972-1985-cı illərdə Lənkəran rayonunun Babək adına Tərəvəzçilik Çayçılıq Sovxozunda baş aqronom və direktor vəzifəsində işləyib.
1985-1998-ci illərdə Lənkəran rayonunun Həzi Aslanov adına sovxozunda direktor müavini və baş aqronom işləyib.
1999-2000-ci illərdə Həyat humanitar təşkilatında Lənkəran Biznes mərkəzinin kordinatoru vəzifəsində çalışıb.
2001-ci ilin aprel ayından Azərbaycan Elmi Tədqiqat tərəvəzçilik institunun Lənkəran bölgə təcrübə stansiyasının direktoru vəzifəsinə təyin olunub.
2002-2006-cı illərdə Zona Təcrübə Stansiyasının direktoru vəzifəsini icra etməklə Lənkəran Regional Aqrar Elm Mərkəzinə direktor vəzifəsinə təyin olunub.
2016-ci ilin noyabr ayından Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktorudur.