Elmi tədqiqat müəssisələrin yaratdığı yeni bitki sortlarının nümaiş əkinlərini yarandığı ildən etibarən hal-hazırki dövrə qədər nümaiş əkinlərini təkil olunur.Məhsuldar sortları bölgənin fermerlərinə nümaiş edilir və fermerlərin bəyəndikləri sortların əldə olunmasına onlara köməklik göstərir.Mərkəz İran İslam Respublikasının Rəşd şəhərində yerləşən Çəltik mərkəzi və beynəlxalq Çəltikçilik İnstitutu ilə elmi əməkdaşlıq edərək onlardan yüksək məhsuldarlığı ilə seçilən keyfiyyətli çəltik sortlarının alınmasını təşkil edərək həmin sortları bölgənin torpaq iqlim şəraitinə uyğunlaşdırmaqla yerli şəraitə uyğunlaşan sortların bölgə üçün rayonlaşmasına köməklik göstərir. 2008-ci ildə orta Asiya respublikasından gətirilmiş 11 növ çəltik sortlarından 2010-cü ilə iki sort Qırqızstanın Avanqard və Özbəkistanın İstiqlol sortları V zona üçün rayonlaşdırılmış və dövlət reysterinə daxil edilmişdir. 2017-ci ilin aprel ayında İran İslam Respublikasından 11 Çəltik sortu gətirilmiş və həmin sortlar 3 il müddətində mərkəzdə tədqiqat məqsədi ilə əkiləcəkdir.Respublikada keçirilən aqrar islahatlara uyğun olaraq aqrar sahədə aparılan elmi tədqiqat işlərinin nəticələrinin istehsalata tətbiqinin yaxşılaşdırılması elmi tədqiqat institutlarının, təcrubə sınaq təsərrufatlarının və dayaq məntəqələrinin işlərinin təbii-iqtisadi bölgələr nəzərə alınmaqla bazar iqtisadi münasibətlərinə müvafiq təşkil edilmək və səmərəliliyi artırmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il tarixli 190 saylı qərarının 4-cü bəndini icra etmək məqsədi ilə K/T Nazirliyinin 11 aprel 2002-ci il tarixli 76 saylı Əmri ilə Lənkəran Regional Aqrar Elm mərkəzi yaradılmışdır.K/T Nazirliyinin 24 aprel 2002-ci il tarixli 103/k № li Əmri ilə Rzayev Təyyub Əyyub oğlu həmin Mərkəzə direktor vəzifəsinə təyin edilmişdir.Mərkəzin əhatə dairəsinə 6 (altı) rayon daxildir. Astara,Lənkəran,Lerik,Masallı,Yardımlı və Cəlilabad rayonları. Mərkəzin əsas vəzifəsi əhatə dairəsinə daxil olan rayonlarda dövlətin aqrar siyasətini torpaq sahiblərinə izah etməklə yanaşı yeni məhsuldar sortların,mütərəqqi texnalogiyaların aqrar sahədə yeniliklərin təbliqində və yayılmasında torpaq sahiblərinə köməklik göstərməkdir. RAEİMM əhatə dairəsinə daxil olan rayonlarda kənd təsərrüfatının əsas sahələri üzrə araşdırma aparır və mövcud vəziyyətə dair hesabatlar hazırlayır.