Məhsulun zərərvericilərlə məhv edilməsinə yol vermək olmaz


Məftilqurdu şıqqıldaq böcəklərinin sürfəsidir. Onlar torpaqda yaşayır. Kələmin, xiyarın, yerkökünün, soğanın, pomidorun və kartof yumrularının köklərində gəmirərək dar keçidlər açır. Böcəklərlə mübarizə vasitələrindən biri onların yazda küləş, ot və budaq topalarının altından yığılıb məhv edilməsidir. Başqa bir üsul kartof, yerkökü, çuğundurun xırda kəsiklərindən tələlər düzəltmək, onları 5 sm dərinliyə basdırmaqdır. Tələlərin qoyulduğu yerləri çubuqlarla nişanlayırlar. İki-üç gündən sonra yeri qazıb tələləri çıxarır və böcəkləri qarışıq məhv edirlər.

Məftilqurdu ilə yoluxmuş sahələrə ammonium şorası yaxud ammonium sulfat (m2-ə 20-30 q) verilməsi sonra bitkilərin bu gübrələrin yarı dozaları ilə əlavə yemləndirilməsi, həmçinin turş torpaqların əhənglənməsi məftilqurdunun çoxalmasına əlverişsiz şəraitlər yaradır və məhvinə səbəb olur. Dondurma şumu, sahədə alaq bitkilərinin, xüsusilə pıtrağın məhvi məftilqurdu ilə səmərəli mübarizə tədbirlərindəndir.
Çuğundurbirəsi. Tunc, yaxud yaşıl çalarlı qara rəngli böcəkdir. Üst qanadları nöqtəvarı şırımcıqlarla örtülmüşdür. Böcəklər (birələr) əvvəlcə alaqlarla qidalanır, sonra çuğundur cücərtilərinə keçir. Onların zədələdikləri yarpaqlar quruyur. Bu zərərvericilərlə mübarizə məqsədilə bitkiləri tütün tozu ilə işləyirlər.
Soğanaqmilçəyi. Bu ziyanverici hər yerdə yayılmışdır. Baş soğanı və şalğam soğanını, həmçinin sarımsağı zədələyir. Milçək açıq-boz rəngli 6-7 mm uzunluğunda, otaq milçəyindən azca iri olur. Sürfələri soğanağın içinə girir, o çürüyür, yarpaq isə saralır. Soğanaqmilçəyi ilə mübarizəni bütün məhsul qalıqlarının diqqətlə yığılmasından başlamaq lazımdır.

Xəstə soğanaqları dərhal məhv etmək vacibdir. Payızda sahəni dərindən belləyirlər. Qorxutmaq vasitəsi kimi tütün tozundan (təmiz halda, yaxud əhənglə qarışıq, 10 m2-ə 1-2 kq) istifadə etmək olar. Pestisidlərdən torpağın milçəklər sürfə verən zaman (yumurta qoyan zaman) bazudinlə (10 m2-20 q 10%-li dənəvərləşdirilmiş preparat) işləməsi yaxşı səmərə verir. Milçəkləri qorxutmaqdan ötrü torpağa cərgələr boyunca naftalin səpirlər.
Çuğundurun minalayıcı milçəyi. Boz rənglidir, tünd, uzununa zolaqlı qarnı var, 6-8 mm uzunluğunda olur. Sürfələri yarpaqların lətini yeyir, bundan sonra yarpaqlarda suluqlu köpmələr yaranır. Yuxarı qalxan yarpaq qabığı ağ-sarı rəngə boyanır. Güclü zədələnmiş yarpaqlar quruyur. Minalayıcı milçəklər və onların sürfələri məhv edərkən bitkilərə xlorofos məhlulu (10 litr suda 20q) çilənməsi səmərəlidir.
Kolorado böcəyi. Karantin ziyanvericisidir, onun görünməsi barədə dərhal karantin müfəttişliyinə xəbər vermək lazımdır.
O, kartof, badımcan, pomidor, bibər, kələm və digər birkilərə böyük ziyan vurur. Uzunluğu 1 sm və eni 6-7 mm olan böcəkdir. Bədəni oval formalı, üst tərəfdən qabarıq, aşağı tərəfdən yastı, üst qanadları sarı və sarımtıl-qonur rəngli, on dənə uzununa zolaqlı olur. Bitkini böcəklər və sürfələri (sürfə qırmızı rənglidir, sonra narıncı-sarı rəng alır, uzunluğu 1,5 sm-ə qədərdir) zədələyir.

Kolorado böcəkləri ilə mübarizəyə dərhal başlamaq lazımdır. Aşkar olunmuş böcəkləri, yumurtalarını, sürfələrini bir vedrəyə yığaraq, neft töküb yandırmaq lazımdır. Zədələnmiş sahəni isə aktara (10 litr suda1,2 litr; 100 m2-ə sərfi 5 litr) ilə işləmək vacibdir. Vegetasiya dövründə kartofu regent preparatı (100 m2-a 6 ml) ilə işləyirlər. Ziyanvericinin təkrar görünməsi zamanı preparatı dəyişmək lazımdır.
Çılpaq ilbizlər. Onlar bir çox rayonlarda, xüsusən şimal-qərb zonasında geniş yayılmışdır. Onlar rütubətli və gilli torpaqları çox sevir. Çoxlu yağmurlar olan illərdə tez çoxalır. Bu ziyanverici kələmi, yerkökünü, cəfərini, şalğamı, kartofu, bibəri, badımcanı, xiyarı, paxlanı, lobyanı, noxudu, çuğunduru, çüyüdü və digər bitkiləri zədələyir. İlbizlər gecələr çıxır, gündüzlər torpaq komalarının altında, bitkilərdə, kələm yarpaqları arasında gizlənir. Bitkiləri ilbizlərdən qorumaq üçün, arxlarda və digər nəm yerlərdəki otları kuporosu (10 litr suda 1 kq) ilə çiləməklə, yaxud kül və xlorlu əhəglə (1 m2-ə 1,6 q kül və 4 q əhəng) tozlamaqla məhv edirlər.
İlbizlərə qarşı tərəvəz bitkilərini sönmüş əhənglə (1 m2-ə 1,6 q kül və 4 q əhəng) tozlamaqla məhv edirlər.
İlbizlərə qarşı tərəvəz bitkilərini sönmüş əhənglə (1 m2-na 1,5-2 q) yaxud əhənglə tütün tozu qarışığı ilə (1:1) tozlandırırlar. Kələm əkinlərini kalium duzları (10 litr suda 1 kq) ilə çiləyirlər.

Bu ziyanverici ilə sınaqdan çıxmış mübarizə vasitəsi ilbizləri xüsusi düzülmüş faner lövhəciklərin, kələm yarpaqlarının, pıtraq yarpaqlarının, köhnə taxtalarının, ümumiyyətlə, onların gündüzlər girdikləri əşyaların altından yığaraq məhv etməkdir.
Bitkilərin ətrafındakı torpağa şam, yaxud akasiya iynələrini səpələmək də olar. Bu vasitədən qilaflı ilbizlər əleyhinə də istifadə edirlər.
İlbizlərin təbii düşməni qurbağalardır. Quru qurbağası onları gecələr, xüsusən də yağışlı havada məhv edir.
Hörümçək gənəsi. Bu istixanalarda və açıq sahələrdəki xiyarların təhlükəli ziyanvericilərindən biridir. O həm də qarpızı, qovunu, qabağı, badımcanı, bibəri, kartofu, lobyanı, ispanağı, çuğunduru və digər tərəvəz bitkilərini zədələyir. Gənələr 0,3-0,5 mm ölçüdə, yaşıl-sarımtıl rəngdə, böyürlərində tünd ləkələr olur, yarpaqların alt tərəfində yaşayır. Gənələr yarpaqları nazik tora bürüyür, onların qabığını deşib, şirəsini sorur. Nəticədə açıq nöqtələr yaranır, sonra rəngsiz sahəciklər görünür, yarpaq saralıb quruyur.

Gənənin görünməsinin ilk əlamətlərində, hər şeydən əvvəl, bitkilər əkilən yerlərdə havanın nəmliyini yüksəltmək lazımdır. Tək-tək zədələnmiş yarpaqları səliqə ilə vedrəyə, yaxud səbətə yığıb yandırmaq, yaxud torpağa basdırmaq lazımdır.
Gənə əleyhinə akarisidlər: omayt, peqas, fitoverm (1 m2-ə 200 q) istifadə edirlər. Şitilin basdırılmasına 1-3 gün qalmış preparatları bərabər sürətdə torpağın səthinə səpərək, 25-30 sm dərinlikdə qarışdırırlar. Onun müdafiə təsiri dövrü ən azı dörd ay çəkir.
Hörümçək gənəsi ilə mübarizədən ötrü gənələrlə güclü zədələnən (xiyar, qovun, badımcan) bitkilərin, az zədələnən (pomidor, rəngli və ağbaş kələm) bitkilər ilə səpinlərini növbələşdirmək vacibdir. Xiyarı erkən müddətlərdə əkmək yaxşıdır. Onda onları gənələrin qışlamaya getməsindən əvvəl yığmaq olar. Parniklərdə və istixanalarda xiyarı avqustun birinci yarısından gec omayaraq yığmaq lazımdır. Bu zaman bitki qalıqları tamamilə çıxarılmalıdır.
Hörümçək gənəsi şitillə, ayaqqabı, paltar, inventarla yayılır. Ona görə bütün işləri onların yoluxmadıqları sahələrdən başlamaq lazımdır. Xiyar əkinlərinin ətrafındakı alaqlar vaxtaşırı məhv edilməlidir. Xiyarın doğranmış köhnə yarpaqları xüsusi qaba yığılaraq, sahədən kənara aparılmalıdır. İstixana bitkilərinin hörümçək gənələrindən müdafiəsindən ötrü çox vaxt yırtıcı gənədən fitoseyulyusdan istifadə edirlər.
Taxılbiti. Zolaqlı, köküyumrulu və boz, yaxud cod tüklü olur, noxuda və paxlalara ziyan verir. Taxılbiti 4 mm uzunluqda xırda böcəkdir, yuxarı qanadlarında uzununa zolaqlar olur. Böcəklər təzə əmələ gələn yarpaqları və təpə tumurcuqlarını qırağından yeyir və bununla da bitkilərin məhsuldarlığı kəskin aşağı düşür.
Taxılbiti ilə mübarizədə yarpaqların böyüməsi dövründə torpağın səthinə bazudin səpələmək üsulundan istifadə edilməlidir.