Taxilçiliqda müxtəlif sələflərdən sonra texnoloji əməliyyatlar

 

Dəmyə şəraitində qara herikdən sonra payızlıq buğdanın becərilməsində əsas texnoloji əməliyyatlar
(1 ha üçün məhsuldarlıq: 3,5 ton dən + 3,5 ton küləş)

S/s Əməliyyatlar İcra müddəti
1. Taxıl yığıldıqdan sonra sahədən küləşin preslənib daşınması iyul-avqust
2. Mineral və üzvi gübrələrin daşınması və sahəyə səpilməsi
(250-300 kq superfosfat + 10 ton peyin) iyul-avqust
3. Qara herik üçün şumun qaldırılması (25-27 sm dərinlikdə) iyul-avqust
4. Qara heriyin 2-3 dəfə diskli və dişli malalarla becərilməsi
(8-10 sm dərinlikdə) aprel –avqust
5. Toxum dərmanlanmayıbsa, onu dərmanlamaq (200 kq toxuma 0,08-0,1 l Raksil və yaxud 0,6 l Vitovaks 200 FF) avqust-sentyabr
6. Sahənin səpin qabağı malalanması sentyabr
7. Dərmanlanmış toxumun daşınması və hektara 4,0-4,5 mln cücərən dən hesabı ilə (180-200 kq/ha) səpilməsi
Səpinlə birlikdə hektara 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi 
sentyabr-oktyabr
8. Yazda, buğdanın kollanma fazasında hektara 200 kq fiziki çəkidə yemləmə şəkilində azot gübrəsinin (ammonium şorası)səpilməsi mart-aprel
9. Alaqlara qarşı herbisidlərlə kimyəvi mübarizənin aparılması. Birləpəli alaqlara qarşı hektara 0,6-0,8 l Puma Super və ya 0,3-0,4 l Topik, ikiləpəlilərə qarşı 1,6-2,0 l 2,4 D-Amin duzu və ya 0,15-0,18 kq Lintur 
mart-aprel
10. Yazda buğdanın kollanma fazasında əkinlərə səpinin köndələni istiqamətində yüngül dişli malanın çəkilməsi (yaşıl mala) mart-aprel
11. Məhsulun yığılması iyul
12. Taxılın daşınması və təmizlənməsi iyul-avqust
Dəmyə şəraitində kövşənli sələflərdən (taxıl və noxud) sonra payızlıq buğdanın becərilməsində əsas texnoloji əməliyyatlar
(1 ha üçün məhsuldarlıq: 3 ton dən + 3 ton küləş)

S/s Əməliyyatlar İcra müddəti
1. Taxıl yığıldıqdan sonra sahədən küləşin preslənib daşınması iyul-avqust
2. Taxıl sələfindən sonra sahənin 10-12 sm dərinlikdə diskili alətlə üzlənməsi iyul-avqust
3. Mineral və üzvi gübrələrin daşınması və sahəyə səpilməsi
(300-350 kq superfosfat + 10 ton peyin) iyul-avqust
4. Taxıldan sonra sahənin şumlanası (20-22 sm dərinlikdə) iyul–avqust
5. Bitkili herikdən (noxud) sonra 10-12 sm dərinlikdə sahənin 2 dəfə diskilənməsi avqust
6. Sahənin səpin qabağı malalanması sentyabr
7. Toxum dərmanlanmayıbsa, onu dərmanlamaq (200 kq toxuma 0,08-0,1 l Raksil və yaxud 0,6 l Vitovaks 200 FF) avqust-sentyabr
8. Dərmanlanmış toxumun daşınması və hektara 4,0-4,5 mln cücərən dən hesabı ilə (180-200 kq/ha) səpilməsi
Səpinlə birlikdə hektara 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi sentyabr-oktyabr
9. Yazda, taxıl sələfindən sonra buğdanın kollanma fazasında hektara 250 kq, bitkili herikdən (noxud) sonra isə 200 kq fiziki çəkidə yemləmə şəkilində azot gübrəsinin (ammonium şorası)səpilməsi 
mart-aprel
10. Alaqlara qarşı herbisidlərlə kimyəvi mübarizənin aparılması. Birləpəli alaqlara qarşı hektara 0,6-0,8 l Puma Super və ya 0,3-0,4 l Topik, ikiləpəlilərə qarşı 1,6-2,0 l 2,4 D-Amin duzu və ya 0,15-0,18 kq Lintur mart-aprel
11. Yazda buğdanın kollanma fazasında əkinlərə səpinin köndələni istiqamətində yüngül dişli malanın çəkilməsi (yaşıl mala) mart-aprel
12. Məhsulun yığılması iyul
13. Taxılın daşınması və təmizlənməsi iyul-avqust

Suvarma şəraitində taxıl sələfindən sonra payızlıq buğdanın becərilməsində əsas texnoloji əməliyyatlar
(1 ha üçün məhsuldarlıq: 4 ton dən + 4 ton küləş)

S/s Əməliyyatlar İcra müddəti
1. Küləşin sahədən preslənib daşınması iyun-iyul
2. Mineral və üzvi gübrələrin sahəyə səpilməsi
(400-450 kq superfosfat + 15 ton peyin) iyul-avqust
3. Sahənin 22-25 sm dərinlikdə şumlanası iyul-avqust
4. Sahənin səpinqabağı diskili mala ilə malalanması oktyabr
5. Toxum dərmanlanmayıbsa, onu dərmanlamaq (200 kq toxuma 0,08-0,1 l Raksil və yaxud 0,6 l Vitovaks 200 FF) sentyabr-oktyabr
6. Hektara 4,5-5,0 mln cücərən dən hesabı ilə (200-220 kq) səpin aparılması. Səpinlə birlikdə hektara 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi oktyabr-noyabr
7. Müvəqqəti suvarma arxlarının açılması oktyabr-noyabr
8. Səpsuvar (səpindən sonra suvarma) noyabr
9. Mart və yaxud aprel aylarında buğdanın kollanma fazasında hektara 300-350 kq fiziki çəkidə yemləmə şəklində azot gübrəsinin (amonium şorası) sahəyə səpilməsi 
mart-aprel
10. Alaqlara qarşı kimyəvi mübarizənin aparılması. Birləpəli alaqlara qarşı hektara 0,6-0,8 l Puma Super və ya 0,3-0,4 l Topik, ikiləpəlilərə qarşı 1,6-2,0 l 2,4 D-Amin duzu və ya 0,15-0,18 kq Lintur mart-aprel
11. Hava şəraitndən asılı olaraq 2-3 dəfə vegetasiya suvarmaları aprel-may
12. Məhsulun yığılması iyun-iyul
13. Taxılın daşınması və təmizlənməsi iyul


Suvarma şəraitində cərgəarası becərilən bitkilərdən sonra payızlıq buğdanın becərilməsində əsas texnoloji əməliyyatlar
(1 ha üçün məhsuldarlıq: 5 ton dən + 5 ton küləş)

S/s Əməliyyatlar İcra müddəti
1. Cərgəarası becərilən bitkilərdən (qarğıdalı, pambıq, tütün, çuğundur və s.) sonra bitki qalıqlarının xırdalanıb sahəyə verilməsi 
sentyabr-oktyabr
2. Mineral və üzvi gübrələrin daşınıb sahəyə səpilməsi
(450-500 kq superfosfat + 15 ton peyin) oktyabr
3. Sahənin ağır diskli mala ilə 10-15 sm dərinlikdə bir-birinin köndələninə 2 istiqamətdə becərilməsi oktyabr
4. Səpinqabağı sahənin səpin üçün hamarlanması oktyabr-noyabr
5. Toxum dərmanlanmayıbsa, onu dərmanlamaq (200 kq toxuma 0,08-0,1 l Raksil və yaxud 0,6 l Vitovaks 200 FF) oktyabr
6. Hektara 4,0-4,5 mln cücərən dən hesabı ilə (180-200 kq) səpin aparılması. Səpinlə birlikdə hektara 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi 
oktyabr-noyabr
7. Müvəqqəti suvarma arxlarının açılması səpindən sonra
8. Səpsuvar (səpindən sonra suvarma) noyabr
9. Yazda buğdanın kollanma fazasında hektara 300-350 kq fiziki çəkidə yemləmə şəklində azot gübrəsinin (amonium şorası) sahəyə səpilməsi 
mart-aprel
10. Alaqlara qarşı kimyəvi mübarizənin aparılması. Birləpəli alaqlara qarşı hektara 0,6-0,8 l Puma Super və ya 0,3-0,4 l Topik, ikiləpəlilərə qarşı 1,6-2,0 l 2,4 D-Amin duzu və ya 0,15-0,18 kq Lintur 
mart-aprel
11. Hava şəraitndən asılı olaraq 2-3 dəfə vegetasiya suvarmaları aprel-may
12. Məhsulun birbaşa kombayınla yığılması iyun-iyul
13. Taxılın daşınması və təmizlənməsi iyul
Suvarma şəraitində çoxillik otlardan sonra payızlıq buğdanın becərilməsində əsas texnoloji əməliyyatlar
(1 ha üçün məhsuldarlıq: 6 ton dən + 6 ton küləş)

S/s Əməliyyatlar İcra müddəti
1. Yonca və xaşanın yaşıl kütləsi biçilib sahədən daşındıqdan sonra bu bitkilərin sonradan kökündən pöhrə verib buğda sahəsini alaq kimi zibilləməməsi üçün diskli mala ilə kök sistemi xırdalanaraq bitkilər kök boğazından kəsilir. Bitkilərin yenidən pöhrə verməsinin qarşısını almaq üçün sahəyə aşağı normada 0,6-0,8 l/ha Amin duzu da çilənə bilər 
sentyabr-oktyabr
2. Mineral və üzvi gübrələrin daşınıb sahəyə səpilməsi
(400-450 kq superfosfat + 15 ton peyin) oktyabr
3. Sahənin 25-27 sm dərinlikdə şumlanası oktyabr
4. Səpinqabağı sahənin səpin üçün hamarlanması oktyabr-noyabr
5. Toxum dərmanlanmayıbsa, onu dərmanlamaq (200 kq toxuma 0,08-0,1 l Raksil və yaxud 0,6 l Vitovaks 200 FF) oktyabr
6. Hektara 3,5-4,0 mln dən hesabı ilə (160-180 kq) səpin aparılması. Səpinlə birlikdə hektara 100-150 kq mürəkkəb gübrənin (nitrofoska və ya ammofoska) verilməsi 
oktyabr-noyabr
7. Müvəqqəti suvarma arxlarının açılması səpindən sonra
8. Səpsuvar (səpindən sonra suvarma) noyabr
9. Yazda buğdanın kollanma fazasında hektara 200-250 kq fiziki çəkidə yemləmə şəklində azot gübrəsinin (amonium şorası) sahəyə səpilməsi 
mart-aprel
10. Yonca sələfindən sonra alaqların miqdarı iqtisadi ziyanlı hədd səviyyəsinə qalxmadığı üçün onlara qarşı kimyəvi mübarizə aparmağa ehtiyac qalmır 
11. Hava şəraitndən asılı olaraq 2-3 dəfə vegetasiya suvarmaları aprel-may
12. Məhsulun birbaşa kombayınla yığılması iyun-iyul
13. Taxılın daşınması və təmizlənməsi iyul

Arpanın dən üçün becərilməsində əsas texnoloji əməliyyatlar
(1 ha üçün məhsuldarlıq: 4 ton dən + 4 ton küləş)

S/s Əməliyyatlar İcra müddəti
1. Müxtəlif sələflərdən sonra qalmış bitki qalıqlarının xırdalanıb sahəyə verilməsi avqust-sentyabr
2. Mineral və üzvi gübrələrin daşınıb sahəyə səpilməsi (sələfdən asılı olaraq 400-450 kq superfosfat) sentyabr
3. Taxıl sələfindən sonra 22-25 sm dərinlikdə şum, cərgəarası becərilən bitkilərdən sonra ağır diskili mala ilə10-15 sm dərinlikdə iki izdə diskiləmə 
sentyabr-oktyabr
4. Səpinqabağı sahənin səpin üçün hamarlanması oktyabr
5. Toxumun dərmanlanması (150 kq toxuma 0,06-0,08 l Raksil) oktyabr
6. Hektara 3,0-3,5 mln dən hesabı ilə (140-150 kq) səpin aparılması. oktyabr-noyabr
7. Müvəqqəti suvarma arxlarının açılması səpindən sonra
8. Səpsuvar (səpindən sonra suvarma) noyabr
9. Yazda bitkilərin kollanma fazasında hektara 200-250 kq fiziki çəkidə yemləmə şəklində azot gübrəsinin (amonium şorası) sahəyə səpilməsi 
mart-aprel
10. Alaqların miqdarı iqtisadi ziyanlı hədd səviyyəsinə qalxmışdırsa, birləpəli alaqlara qarşı hektara 0,6-0,8 l Puma Super və ya 0,3-0,4 l Topik, ikiləpəlilərə qarşı 1,6-2,0 l 2,4 D-Amin duzu və ya 0,15-0,18 kq Linturla çiləmə aparılır 
mart-aprel
11. Vegetasiya dövründə 2 dəfə suvarma aparılması aprel-may
12. Məhsulun yığılması may-iyun
13. Dən məhsulunun daşınması və təmizlənməsi iyun