Üzümün xəstəlikləri və onlara qarşı mabarizə tədbirləri


Respublikanın bölgələrində üzüm bağlarına potensial təhlükə yaradan Mildiu, Oidium və Boz çürümə xəstəlikləri hava şəritindən və infeksiya mənbəyindən asılı olaraq müxtəlif dərəcədə inkişaf edir. Xəstəlik törədicilərinin süətli inkişafı bilavasitə xarici mühitlə əlaqədardır.
Vegetasiya ərzində həmin xəstəliklərin inkişaf səviyyəsini iqlim amilləri və bağlarda aparılan aqrotexniki-fitosanitar tədbirlər tənzim edir.

Mildiu: Üzümdə Mildiu xəstəliyinin intensiv inkişafı çiçəkləmə dövründən başlayır. Havanın yağmurlu, sərin keçməsi xəstəliyin uzun müddət şiddətli yayılmasıa səbəb olur. Yayda havalar qızdıqca nisbi rütubət azalır, bunula əlaqədar olaraq mildiumun inkişafı həmin dövrdə zəifləyir. Havanın istiliyi 28-300C-yə çatdıqda törədici sirayətləndirici fəaliyyətini dayandırıb depresiya mərhələsinə keçir. Xəstəliyi törədən göbələk sirayətlənmiş yarpaqlarda və torpaq səthində qışlayır. Törədici tənək üzərində yarpaqları, qönçələri, çiçəkləri və salxımda yetişməmiş gilələri sirayətləndirir.

May-iyun aylarında bağlarda aparılan suvarmalardan və ələlxüsus da yağışlardan sonra yarpaqlar üzərində yağlı dairəvi sarımtıl ləkələr əmələ gəlir. Ləkələr çox böyüyür. Zədəli yarpağın alt səthi unvari ağ toz örtüyü ilə örtülmüş olur. Tənəyin xəstəliklə yoluxmuş yaşıl hissələri qonurlaşır, quruyur, yapaqlar tökülür və zoğlarda boy artımı getmir. Sirayətlənmiş qönçələr yarpaqlardan qururyub tökülür.

Mildiu xəstəliyinin təsirindən çiçəklərdə mayalanma prosesi pozulur, barsızlıq müşahidə edilir. Xəstə salxımlarda inkişaf zəifləyir, məhsulun xeyli hissəsi itirilir, gilələrdə şəkərllilik faizi aşağı düşür. Yağmurlu hava şəraitində gilələrdə kütləvi çürümə prosesi baş verir.
Oidium: Unlu şeh, Şibrə, Külləmə, Çor adlanan üzümün bu təhlükəli xəstəliyi son zamanlar çox geniş miqyasda yayılaraq məhsuldarlığa ciddi ziyan verir. Respublikamızın üzümçülüklə məşğul olan bütün bölgələrində, xüsusən də yayı isti və quraq keçən rayonlarda Oidium xəstəliyi hər il baş verir, sürətlə inkişaf edir və məhsuldarlığa xeyli ziyan vurur. Xəstəlik törədicisi tumurcuqlar daxilində qışlayır, sonradan da tənəyin bütün yaşıl hissəsini sirayətləndirir. Sirayətlənmiş yarpaqlar, qönçə, çiçək, qora və salxımlar açıq külvari toz təbəqəsi ilə örtülür. Xəstəliyə tutulmuş gilələrin qabığı sərtləşir, birtərəfli inkişaf nəticəsində sonradan partlayır. Zədəli meyvələrdə toxumlar çılpaq görünür. Bu Oidium xəstəliyinə xas olan xarakterik əlamətdir.

Zoğlardakı tumurcuqlar xəstəliklə yoluxduqda qışlamadan sonra açılmır. Bu cür tənək çubuqları əkin materialı kimi yararsız olur. Əksər hallarda sirayətlənmiş tumurcuqqlar oyananda isə qısa buğumlu, kiçik yarpaqlı, bozumtul tozla örtülmüş budaqcıqlar əmələ gəlirir.
Üzüm sortlarının Oidium xəstəliyinə tutulma səviyyəsi müxtəlif olur. Rkasiteli,Təbrizi, Tavkveri, İsgəndəriyyə muşketi, Bayanşirə sortları həmin xəstəliyə qarşı davamsızdırlar. Odur ki, vegetasiya ərzində həmin sortlarda xəstəliyə qarşı 3-4 çiləmə aparılması tələb olunur. Bir qayda olaraq gilələrdə şəkərin faizi artdıqca həmin sortun oidiuma sirayətlənmə səviyyəsi də artır.

Boz çürümə: Boz çürümə xəstəliyi hava şəaiti ilə əalaqədar olaraq yağmurlu rayonlarda çox ziyanlı olur. Xəstəlik əsasən üzümün salxımında gilələri sirayətləndirir, onların üzəri boz hiflərlə örtülür, tuluqlaşıb çürüyür. Sirayətlənmiş gilələrdə şəkərin miqdarı azalır, turşuluq isə çoxalır. Xəstə gilələr inkişafdan geri qalır, formasını, rəngini dəyişir, büzüşür, sonradan quruyur. Doluvurma və giləquruma təsirindən zədələnmiş gilələr xəstəlik törədicisi ilə daha tez sirayətlənirlər. Rütubətli havada zədəli gilələrdən şirə axımına təsadüf edilir. O göbəyin inkişafına əlvaerişli şərait yaradır. Bu xəstəlik ilə sirayətlənmiş üzüm məhsulunun əmtəəlik keyfiyyəti aşağı düşür.

Mübarizə tədbirləri: Üzümlüklərdə xəstəliklərə qarşı mübarizə tədbiri əsasən 2 istiqamətdə aparılır. Xəstəliyə qrşı davamlı sortların əkilməsi və xəstəliyin inkişafı üçün əlverişsiz şəraitin yaradılması. Mildiu xəstəliyinin inkişafına mane olmaq üçün bağlarda havalanmanı yaxşılaşdırmaq(rütubətsizləşdirmək) məqsədi ilə tənəklər simlərə qaldırılmalı, budama nəticəsində kəsilmiş budaqlar yandırılmalı, vaxtında yaşıl əməliyyat aparılmalı, cərgə və bitki araları alaqlardan daim təmizlənməlidir. Vaxtında və keyfiyyətlə aparılan yaşıl budama və ucvurma xəstəliklərə qarşı mübarizədə çox əhəmiyyətli hesab olunur. Bundan başqa tənəkdə salxımların yaxşı qidalanması üçün onları kölgələndirə bilən ətraf zoğ və yarpaqların zədələnməsi oidium və boz çürümə xəstəliklərin inkişafını xeyli sürətləndirir. Xəstəlik çox inkişaf etdiyi illərdə yazda tumurcuqlar şişənə qədər tənəklərə 1,5-2%-li Nitrofen, 1%-li Dnok və ya 2-3%-li Bordo məhlulunun çilənməsi çox faydalıdır. Bu tədbirlər nəticəsində bir çox xəstəliklərin qışlama mənbəyi məhv edilir.

Mildiu xəstəliyinə qarşı çiləmənin aparılma vaxtını təyin etmək üçün ləkələri olan yarpaq zoğdan qoparılıb, qaynadılmış soyuq su ilə isladılır və boşqab altında 1-2 gün isti otaq şəraitində saxlanılır. Əgər ləkə olan hissələrdə ağ unvari örtüklər əmələ gələrsə bu Mildiu xəstəliyinin baş veməsini sübut edir. Bu cür siqnal xəbərdarlığına əsasən dərhal kimyəvi dərmanlamanın aparılması məqsədəuyğundur.

Vegetasiya ərzində hər dəfə yağış və suvarmadan sonra ənənəvi Göydaşın 1%-li məhlulu ilə üzümlüklərdə çiləmə aparılır. Bordo mayesinin əvəzedicilərindən: Kuprozan, Polikarbatsin, Efal, Mis xlor oksidi kimi preparatların məhlulu ilə 3-4 dəfə çiləmə aparılması mildiu xəstəliyinin qarşısını ala bilər.

Son zamanlar yüksək səmərə verən dərmanlardan Ridomil(0,1%), Aveksil(0,3%), və Arserid(0,4%), məhlulundan çox geniş istifadə edilir. Sistem təsirli bu cür preparatlardan az məsarif normalarında istifadə edlilərək profilaktiki mabarizənin aparılması üzümün xəstə tənək orqanlarını daxildən müalicə edir, hüceyrə daxilinə nüfuz edərək törədicinin inkişafını dayandıra bilir. Onlar çiləndikdən sonra yağış və şeh suları təsirindən yuyulmur və əmələ gələn yarpaq və zoğların yenidən Mildiu xəstəliyi ilə yoluxmasının qarşısını 18-20 gün müddətində ala bilir.

Oidium xəstəliyinin ilk nişanələri müşahidə edildikdə kükürd tozu ilə tozlama (12-15 kq/hek), Kolloid kükürdün 1%-li və Karatanın 0,2%-li məhlulları ilə çiləmə aparılması tövsiyyə edilir.
Oidiuma qarşı sistem təsirə malik, təsiretmə müddəti 18 gün, sərfiyyat norması az olan topsin-M (0,1%), Tilt(0,25%), Bayleton və Topaz kimi preparatların (0,1%) birinin istifadəsi məsləhətdir.
Boz çürümə xəstəliyinə qarşı Kolloid kükürd, Topsin-M, Karata, Benlad kimi preparatların, Oidiuma qarşı işlədilən normalarının üzüm məhsulunun yığımından əvvəl tətbiq edilməsi çox faydalıdır.