Baş səhifə » 2016 » Dekabr » 12 » Aqrar Sahəyə Maraq Orta Məktənlərdən Başlayır
13:33
Aqrar Sahəyə Maraq Orta Məktənlərdən Başlayır

Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlığı əsasında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurası 8-9 dekabr 2016-cı il tarixlərində Astara rayonun (4 tam orta məktəblərində) 6-11-ci sinif şagirdləri ilə “Gənclərin və ümumtəhsil məktəb şagirdlərinin aqrar elmə marağının artırılması” mövzusunda görüşlər təşkil edib.
Dekabrın 8-də Astara rayonunun 3 və 5 saylı, dekabrın 9-da isə Pensər 2 saylı və Təngərüd kənd tam orta məktəblərində keçirilmiş tədbirdə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının sədri, a.e.ü.f. doktoru Faiq Xudayev, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş mütəxəsisi Əkrəm Həsənzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin “Gənc alim və mütəxəsislər” Şurasının sədri a.e.ü.f.d. Fariz Ələkbərov, Baytarlıq elmi-tədqiqat institutunun “Gənc Alim və Mütəxəssislər” Şurasının sədri Ülviyyə Hüseynova, Tərəvəzçilik Elmi-Tətqiqat İnstitutunun elmi-katibi, həmçinin “Gənc Alim və Mütəxəsislər” Şurasının sədri Ramil Nəbiyev, Əkinçilik Elmi-Tətqiqat İnstitutunun kiçik elmi işçisi “Gənc Alim və Mütəxəssislər” Şurasının üzvü Tarıverdi İslamzadə, Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun  elmi işçiləri Savalan Kərimli, Hikmət Əhmədzadə, Respublika Baytarlıq Laboratoriyasının əməkdaşı Yusif Hüseynov, Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Təyyub Rzayev, Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunun  Lənkəran  Çay Filalının direktoru  İltifat Kərimov, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Cəlilabad Dayaq Məntəqəsinin direktoru Azad Əkbərov və Astara rayon təhsil şöbəsi Metokabinetin müdiri Emin Fətəliyev iştirak ediblər.
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının sədri , a.e.ü.f. doktoru Faiq Xudayev  Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyi Aqrar Elm və informasiya Məsləhət Mərkəzi və Gənc alimlər şurasının fəaliyyəti haqqda geniş məlumat verib, ölkəmizin aqrar sahədə qazandığı uğurlardan söhbət açaraq, Dövlət başçısı cənab İlham Əliyevin  bu sahəyə göstərdiyi diqqət və qayğıdan, imzalanan çoxlusaylı sərəncam və fərmanlardan, Kənd Təsərrüfatı  Naziri cənab Heydər Əsədovun bu sahədə çalışan gənc alim və mütəxəssislərə göstərdiyi  diqqətdən və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru iqtisаd еlmləri dокtоru Rəsul Balayevin gənc alimlərə yaratdığı şəraitdən ətraflı şəkildə bəhs edib. F.Xudayev  məlumat verib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Elmi-Tədqiqat institutlarında çalışan  gənc mütəxəssislər dünyanın müxtəlif ölkələrində - Amerika Birləşmiş Ştatlarında, Almaniya, Fransa, Çin, Koreya, Yaponiya, İran, Türkiyə, Belarus, Ukrayna, Rusiya və digər avropa ölkələrində  magistiratura, doktorantura sahəsində təhsil alırlar, digər bir qrup gənc alim və mütəxəssislərimiz isə  həmin ölkələrdə aqrar sahədə olan müasir texnologiyanı, elmi yenilikləri öyrənirlər.
Azərbaycan Dövlət Aqrar Universitetinin “Gənc alim və mütəxəsislər” Şurasının sədri a.e.ü.f.d. Fariz Ələkbərov universitet haqqda geniş məlumat verərək bu təhsil ocağının fəaliyyətini əks etdirən videoçarxı təqdim edib. Şagirdlərin diqqətini cəlb edən mövzulara toxunan F.Ələkbərov tədbir iştirakçılarını maraqlandıran sualları da ətraflı şəkildə cavablandırıb.
Tərəvəzçilik Elmi-Tətqiqat İnstitutunun elmi-katibi Ramil Nəbiyev institutun sturukturu, fəaliyyəti və alimləri haqqında məlumat verib. O, Tərəvəzçilik Elmi-Tətqiqat İnstitutunun beynəlxalq əlaqələri haqda söhbət açaraq gənc kadr potensialının artırılmasının vacibliyini vurğulayıb.
Baytarlıq elmi-tədqiqat institutunun gənc alim və mütəxəssislər şurasının sədri Ülviyyə Hüseynova institutda aparılan elmi-tədqiqat işləri, gənclərin bu sahədə əldə etdiyi elmi nailiyyətlərindən söz açaraq, institutun beynəlxalq əlaqələri və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
Əkinçilik Elmi-Tətqiqat İnstitutunun kiçik elmi işçisi “Gənc alim və mütəxəssislər” Şurasının üzvi Tarıverdi İslamzadə institutun sturukturu, fəaliyyəti, aparılan elmi tədqiqat işləri, yaradılan sortlar haqqında danışıb. Cənub bölgəsinə xas olan çəltik bitkisi üzərində aparılan təcrübədən söz açan T.İslamzadə təmsil etdiyi institutun beynalxalq əlaqələrindən dən bəhs edib.
Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat institutunun  elmi işçisi Savalan Kərimli, Hikmət Əhmədzadə, Respublika Baytarlıq laboratoriyasının əməkdaşı Yusif Hüseynov da çıxış edərək təmsil etdikləri qurumlar haqqında ətraflı məlumat veriblər.
Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Təyyub Rzayev, Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitutunun Lənkəran Bölgə Təcrüə Stansiyasının direktoru İltifat Kərimov, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Cəlilabad Dayaq Məntəqəsinin direktoru Azad Əkbərov rəhbərlik etdikləri müəsissələrin fəaliyyətindən söz açaraq belə tədbirlərin keçirilməsini aqrar sahədə kadr potensialının gücləndirilməsi baxımından vacib olduğunu qeyd ediblər.
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş mütəxəssisi Əkrəm Həsənzadə mərkəzin  sturukturu haqqında məlumat verdi və informasiya məsləhət xidmətinin aqrar sahədə vacibliyini qeyd edərək dünya təcrübəsindən şagirdlərə ətraflı məlumat verərək, mövzuyla əlaqədar şagirlərin istək və arzularını qeyd etdi.
Astara rayon təhsil şöbəsinin Metokabinetin müdiri Emin Fətəliyev çıxış edərək bildirib ki, belə tədbirlərin təkcə Astara rayonunda deyil, respublikanın bütün regionlarında keçirilməsi şagirdlər arasında aqrar sahəyə marağın artmasına səbəb olacaq. O, qeyd edib ki, belə tədbirlər davamlı olmalıdır və şagirdlər aqrar sahədəki yeniliklər bardə daima məlumatlandırılmalıdır. E.Məmmədov rayon təhsil şöbəsinin rəhbərliyi adından bu tədbirin Astara rayonunda da keçirildiyi üçün Kənd Təsərrüfatı və Təhsil nazirliyinə təşəkkürünü bildirib.
Astara rayonunun 3 saylı tam orta məktəbinin direktoru Adil Rzayev, 5 saylı tam orta məktəbinin direktoru Arzu Əhmədova, Pensər 2 saylı tam orta məktəbin direktoru Faiq Həsənov və Təngərüd tam orta məktəbinin direktoru  Xaqani Mahmudov çıxış edərək bildiriblər ki, aqrar sahəyə marağın artırılması baxımından bu cür tədbirlərin ümumtəhsil orta məktəblərdə keçirilməsi aqrar sahəyə şagirdlərin marağını artıracaq, ixtisas seçimində şagirdlərə yardımçı olacaq və bu sahədə olan kadr çatışmamazlığının aradan qaldırılmasına kömək göstərəcək.
Şagirdlər belə görüşlərin tez-tez keçirilməsinin vacib olduğunu bildirərək  müxtəlif təkliflər irəli sürüblər:
1.Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının və Azərbaycan Dövlət Aqrar Universitetinin şöbə və laboratoriyaları ilə tanışlıq məqsədi ilə ekskursiyaların təşkili;
2.Bölgənin torpaq-iqlim şəraitinə uyğun kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsinə dair şagirdlərdə müasir bilik, bacarıq, vərdiş və təcrübənin formalaşmasından ötrü aqrar kursların və ya peşə məktəblərinin yaradılması;
3.Orta məktəb dərsliklərində aqrar sahənin bölgələr üzrə özünəməxsus müxtəlif istiqamətləri haqqında vacib informasiyanın əks olunması;
4.Əkin sahələri və ya aparılan aqrar yönümlü işlərlə əyani şəkildə tanış olmaq üçün fermer təsərrüfatlarına şagirdlərin səfərlərinin təşkili;
5.Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan tələbələrnən    şagirdlərin görüşünün təşkili;
6.İstixanalara və digər kənd təsərrüfatlı istehsal müəssisələrinə ekskursiyaların təşkili.
Sonda şagirdlərə “Mən aqrar sahənin mütəxəssisi olsam gələcəkdə bu sahənin inkişafı üçün nə edərdim”, “Şagirdlərin düşüncəsində  aqrar sahənin inkişaf yolları” mövzularında inşa müsabiqəsinin başlandığı elan olunub. Şagirdlər öz inşalarını məktəb rəhərliyi vasitəsilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasına təqdim edəcəklər. İnşa yazılarının qalibləri (1, 2 və 3-cü yerlər) sonda tədbirin proqramına uyğun olaraq təltif olunacaqlar.
Qeyd edək ki, şagirdlərlə görüş Bakıda və ölkənin digər rayonlarında da təşkil olunacaq.

 

Категория: XƏBƏRLƏR | Просмотров: 345 | Добавил: lraeimm
Şərhlər: 0