Baş səhifə » 2019 » Mart » 11 » Kənd təsərrüfatında calışan sahibkarlar və fermerlər üçün elmi-praktiki seminar keçirilmişdir
17:50
Kənd təsərrüfatında calışan sahibkarlar və fermerlər üçün elmi-praktiki seminar keçirilmişdir

Martın 11-də Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzində (Lənkəran RAEİM) “çəltik əkini üçün sahənin hazırlanması, gübrə toxum tədarükü və səpinin təşkili” mövzusunda kənd təsərrüfatında calışan sahibkarlar və fermerlər üçün seminar keçirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Elçin Zeynalov konfransı giriş sözü ilə açmışdır. Sonra Lənkəran RAEİM-nin direktoru Təyyub Rzayev Çəltik əkini üçün sahənin hazırlanması, gübrə toxum tədarükü və səpinin təşkili, çəltik üzrə mütəxəssis və fermer Nəriman Əliyev çəltik əkinində mineral gübrələrin rolu, Astara rayonunda çəltik üzrə mütəxəssis və fermer Araz Rzayev Astara zonasında çəltikin optimal səpin müddəti, , Lənkəran RAEİM-in direktor müavini Ülkər Əkbərova Çəltik əkinində innovativ texnologiyaların tətbiq etdilməsi və Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik şöbəsinin baş məsləhətçisi İlqar Həsənov Lənkəran zonasında Çəltikçiliyin inkişafı mövzularında çıxış ediblər.

Seminarın sonunda sahibkarlar və fermerlərin sualları cavablandırılıb.

 

 

Категория: XƏBƏRLƏR | Просмотров: 287 | Добавил: lraeimm
Şərhlər: 0