Baş səhifə » 2019 » Fevral » 21 » Lənkəranda “Aqrar sahənin innovativ inkişafında gənclərin rolu” mövzusunda elmi praktiki konfrans keçirilib
10:24
Lənkəranda “Aqrar sahənin innovativ inkişafında gənclərin rolu” mövzusunda elmi praktiki konfrans keçirilib

Fevralın 21-də Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzində (Lənkəran RAEİM) Aqrar Elm və İnnovasiya Mərkəzinin, Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun (ETTİ) Lənkəran Bölgə Təcrübə Stansiyasının, Quba Elmi Tədqiqat Meyvəçilik və Çayçılıq İnstitutunun və Lənkəran Çay filalının təşkilatçılığı ilə “Aqrar sahənin innovativ inkişafında gənclərin rolu” mövzusunda elmi praktiki konfrans keçirilib. mişdir.

Konfransda Lənkəranın aidiyyəti qurumlarının nümayəndələri, mütəxəssislər və tələbələr iştirak edib.

Tədbirdə Lənkəran RAEİM-nin direktoru Təyyub Rzayev giriş nitqini Ümummilli Liderimiz Heydər Əliyevin gənclər haqqında söylədiyi “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” sözləri ilə başlayaraq ölkədə aqrar sahənin innovativ inkişafında gənclərin rolu və Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan gəncliyinin inkişafına hər zaman böyük qayğı və diqqət göstərildiyini vurğulamışdır. Hər bir sahədə olduğu kimi dövlət tərəfindən aqrar sahənin innovativ inkişafında da gənc ixtisaslı kadrların yetişdirilməsinin diqqət mərkəzində olduğu bildirilmişdir. Sonra Lənkəran Bölgə Zona Təcrübə Stansiyasının direktoru Həzər Hüseynov Lənkəran-Astara regionunda tərəvəzçiliyin müasir vəziyyəti və gələcək inkişaf istiqamətləri haqqında, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnistutunun Lənkəran Çay filalının direktoru İltifat Kərimov  innovativ üsullardan istifadə etməklə çayın vegetativ (klon) yolla artırılması, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev bölgədə kənd təsərrüfatının inkişafında gənclərin rolu və Lənkəran RAEİM-in direktor müavini Ülkər Əkbərova gənc alim və mütəxəssislərin innovativ texnologiyaların öyrənilməsi istiqamətində inkişaf etdirilməsi mövzularında çıxış ediblər.

Konfransın sonunda iştirakçılara aqrar sahəyə aid bukletlər paylanılıb və onların sualları cavablandırılıb.

 

 

 

 

   ​​​​​​​

 

Tədbirin Videosu

Категория: XƏBƏRLƏR | Просмотров: 435 | Добавил: lraeimm
Şərhlər: 0