Baş səhifə » 2016 » İyul » 15 » Seminar keçirilmişdir
12:57
Seminar keçirilmişdir

15 iyul 2016-cı il saat 1100 da Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Şürük kəndində yerləşən inzibati binasında “Tərəvəz və çəltik bitkilərinin yeni yüksək məhsuldar sortlarının nümayişi, onların becərmə texnologiyası və toxumçuluğunun təşkili” mövzusuna   dair birgə elmi-praktiki seminar keçirilmişdir.
Seminarda Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının müavini İlkin Rəhimov, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin İnformasiya və Məsləhət Xidməti və Aqrar Sektora Texniki Dəstək Şöbəsinin müdiri Leyli Ağayeva, AMEA Lənkəran Regional Elm Mərkəzinin direktoru Fərman Quliyev,  Lənkəran Kənd Təsərrüfatı İdarəsinin rəisi Tofiq Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin Elm və Təhsil Şöbəsinin müdiri Namiq Məmmədov,  Kənd Təsərrüfatı Muzeyinin direktoru  Natiq Qurbanov , Tərəvəzçilik Elmi Tədqiqat  İnstitutunun direktoru Ələddin Eyvazov, Quba Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov, Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin   direktoru Təyyub Rzayev, Beyləqan Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Əli Ələsgərov, Salyan Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Sədrəddin İbrahimov, Tərtər Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Məhərrəm Əliyev, Tərəvəzçilik Elmi Tədqiqat   İnstitutunun Lənkəran Bölgə Təcrübə Stansiyasının direktoru Həzər Hüseynov, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran Çay filalının direktoru İltifat Kərimov və Lənkəran bölgəsini əhatə edən Lənkəran, Astara, Masallı, Cəlilabad və Lerik rayonlarından tərəvəzçilik və çəltikçiliklə məşğul olan 60 fermer və ayrı-ayrı torpaq sahibləri iştirak etmişlər.
Seminarda giriş sözü ilə çıxış edən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev seminar iştirakçılarını salamlayaraq,  kənd təsərrüfatı sahəsində informasiya-məsləhət xidmətinin təşkili barədə ətraflı məlumat vermişdir.
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin İnformasiya-məsləhət xidməti və aqrar sektora texniki dəstək şöbəsinin müdiri  Leyli Ağayeva“İnformasiya-məsləhət xidməti sahəsində beynəlxalq təcrübənin tətbiqi  ”mövzusunda çıxış etmişdir.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Ələddin Eyvazov-   “Azərbaycanda əhalinin kartof, tərəvəz və bostan məhsulları ilə təminatının müasir vəziyyəti və inkişaf perspektivləri”, Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoruTəyyub Rzayev “Yeni çəltik sortlarının yerli şəraitdə sınağı və qiymətləndirilməsi, Lənkəran Bölgə Təcrübə Stansiyasının  direktoru Həzər Hüseynov- Lənkəran BTS-də yerli, rayonlaşmış və perspektiv tərəvəz sortlarının ilkin toxumçuluğunun təşkili”mövzusunda ətraflı məlumat vermişlər.
Məruzələrdən sonra seminar iştirakçılarının sualları müvafiq qaydada cavablandırılmışdır. Seminar öz işini Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Girdəni kəndində əkilmiş çəltik və Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik İnstitutunun Lənkəran Bölgə Təcrübə Stansiyasında əkilmiş tərəvəz (pomidor bitkisi) əkinlərinə baxış keçirməklə davam etdirildi.  Seminar iştirakçıları Bölgə Təcrübə Stansiyasında tərəvəz bitkilərinin toxum emalı üçün yeni quraşdırılmış aqreqatın iş prinsipi ilə tanış oldular. Sahədə keçirilən görüş zamanı fermerləri maraqlandıran suallara əsaslı cavablar verildi.
Çıxış edən fermer və torpaq sahibləri Kənd Təsərrüfatı Nazirliyinin son illərdə keçirdiyi belə seminarların və tarla görüşlərinin önəmli olduğunu xüsusilə qeyd etdilər.
Tədbirin sonunda Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev və Meyvəçilik və Çayçılıq İnstitutunun direktoru İlham Qurbanov İnstitutun Lənkəran rayonunda yerləşən çay filalında oldular.

Категория: XƏBƏRLƏR | Просмотров: 376 | Добавил: lraeimm
Şərhlər: 0